Yuxarı

Krım ruslar tərəfindən işğal edildi – İddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Krım ruslar tərəfindən işğal edildi – İddia

Kiyev rəhbərliyi bu gecə Rusiyanın Krımı "silahlı işğala" başladığını iddia edib.

"Axar.az" xəbər verir ki, Kiyevin Krım üzrə xüsusi nümayəndəsi Sergey Kunistin açıqlama verərək, hər biri 150 əsgər daşıyan 13 rus təyyarəsinin Simferopol yaxınlığındakı Qvardeyskoe Aerodromuna endiyini iddia edib.

Digər tərəfdən, Rusiyanın döyüş gəmiləri və hərbi helikopterlərinin Ukraynanı mühasirəyə aldığı dabildirilib.

Ukrayna sərhəd təhlükəsizliyi təşkilatı tərəfindən edilən açıqlamada Rusiyaya aid 10 hərbi helikopterin Krım üzərindəki Ukrayna hava sərhədinə girdiyi və 30 rus döyüş gəmisinin Sevastopolda hücuma hazır vəziyyətə gətirildiyi qeyd olunub.

BBC də rus ordusuna məxsus ən azı 8 zirehli avtomobilin Simferopola tərəf irəlilədiyi haqqında məlumat yayıb.

Tarix
2014.03.01 / 08:40
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla