Yuxarı

Sülh planında əsas məsələlər bunlardır - Markov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sülh planında əsas məsələlər bunlardır - Markov

Rusiyalı politoloq Sergey Markov ABŞ-ın sülh planı ətrafında gedən müzakirələrlə bağlı fikirlərini bölüşüb.

Axar.az sözügedən mövqeyi təqdim edir:

“1. ABŞ, Ukrayna və Avropa arasında çox intensiv danışıqlar aparılır. Bazar günü ərazində Rubio və Yermak Cenevrədə danışıqlar apardı. Hər iki tərəf uğur qazandığını deyir. Hansının ən böyük güzəştə gedəcəyi hələ də məlum deyil.

2. 27 noyabr tarixi hələlik qüvvədədir. Buna görə də bu həftə çox aktiv danışıqların aparılması gözlənilir.

3. Zelenski ABŞ-a getməyi planlaşdırır.

4. Makron-Merz-Meloni də ABŞ-a uçmağı planlaşdırır.

5. Liderlər arasında bu danışıqlar, görünür, milli təhlükəsizlik müşavirləri səviyyəsində danışıqlardan sonra baş tutacaq.

6. Beləliklə, 27 noyabr tarixinə qədər Tramp, Zelenski və Makron-Merz-Meloninin artıq ortaq olan sülh planını təsdiqləyəcəkləri güman edilir.

7. Bundan sonra o, Moskvaya aparılacaq.

8. Moskva hələ heç nə almadığını bildirir.

9. Trampın sülh planı hazırda bir neçə alt versiyada mövcuddur. Planda 28 bənd var. Amma 26 bəndlik bir versiya da var. Bir neçə versiya var, çünki bu, çox işlək bir sənəddir.

10. Əsas məqam, rus dilinin dövlət statusu - hələ müzakirə olunmur. Qərblilər bu əsas məqamı “səssiz rejimə” qoymaq istəyirlər.

11. İndiyə qədər müzakirələr əsas məqamlar ətrafında cərəyan edir: Ukrayna qüvvələrinin məhdudiyyətlərinin ölçüsü; Ukrayna qüvvələri Donbasdan çıxarılmalıdırmı; Zaporojye AES necə işləyəcək; Rusiyanın dondurulmuş 200 milyardı necə bölünəcək; Sanksiyaların ləğvi mümkünlüyü; Ukrayna ordusunun silahlanmasına məhdudiyyətlər olacaqmı; NATO və Ukrayna; Ukraynanın təhlükəsizlik zəmanətləri necə ola bilər”, - o bildirib.

Tarix
2025.11.24 / 12:15
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

Azərbaycan və BƏƏ-nin hərbi təlimləri başladı - Video

İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi

Prezident iranlı naziri qəbul etdi - Foto

Van Yi Azərbaycana gəlir

Laos prezidenti Azərbaycana gəldi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla