Yuxarı

Müharibə belə bitsə, Ukraynanın bu orduya ehtiyacı olmayacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müharibə belə bitsə, Ukraynanın bu orduya ehtiyacı olmayacaq

Ukrayna bütün 18 yaşdan yuxarı gəncləri – həm oğlanları, həm də qızları sülh dövrü üçün böyük ehtiyat yaratmağa cəlb etməlidir.

Axar.az xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Aleksey Getman deyib.

“Bizə ehtiyat lazımdır, çünki bu çox vacib məsələdir. Biz elə ehtiyat yaratmalıyıq ki, ora 18 yaşdan yuxarı gənclər – oğlanlar və qızlar cəlb edilsin və onlar sülh dövründə müəyyən hazırlıq keçsinlər”, – deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, sülh dövründə gözlənilmədən döyüş əməliyyatları başlasa, hər kəs dəqiq bilməlidir ki, hara gəlməlidir, özünü müdafiə etmək üçün silah haradadır. Misal olaraq o, İsveçrə təcrübəsini göstərib:

”İsveçrədə hər kəs bilir ki, ölkəyə qarşı hansısa təcavüz olarsa, necə hərəkət etməlidir. Bu ölkədə bir neçə sutka ərzində dərhal 3 milyonadək insanı səfərbər etmək mümkündür. Həmçinin İsveçrədə vətəndaşların müəyyən dövrlərdə təlim keçməsi, o cümlədən silahla atəş hazırlığı üzrə məşğələlərdə iştirak etməsi məcburidir”.

Getman qeyd edib ki, Ukraynada elə bir ehtiyat yaradılmalıdır ki, lazım olan anda dərhal qoşula bilsin:

”Hazırda Ukrayna ordusunun sayı təxminən bir milyondur, lakin döyüş şəraitində bu rəqəm bir milyondan çox olmalıdır. Əgər müharibə Ukraynanın xeyrinə başa çatsa, 600–800 min nəfərlik orduya ehtiyac qalmayacaq. Çünki belə böyük ordunun saxlanılması üçün böyük maliyyə vəsaiti tələb olunur – maaşlar, təlimlər, sursatlar, texnika və s. Bundan başqa, təlimlər üçün poliqonlar lazımdır”.

Tarix
2025.11.25 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

XİN-də yeni informasiya sistemi yaradılacaq

Bu Avropa ölkəsi Azərbaycanda səfirlik açacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla