Yuxarı

ABŞ Venesuela ilə müharibəyə hazırlaşır – KİV

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Venesuela ilə müharibəyə hazırlaşır – KİV

ABŞ “Günəş karteli”ni (Cartel de los Soles) terror təşkilatı elan etməklə, Venesuela ilə hərbi münaqişəni daha da yaxınlaşdırdı.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.

“Venesuelanı bombalamağa başlayacağımızı heç kim bilmir, amma ABŞ Prezidenti Donald Tramp administrasiyasının “Günəşlər karteli” ilə bağlı demaqogiyası çoxsaylı həyəcanverici siqnallardan yalnız biridir. ABŞ aylardır ki, narkotik qaçaqmalçılığı şübhəlilərinin məhkəməsiz qətllərini həyata keçirir və hücumları Amerikanın narkotik kartelləri ilə silahlı münaqişədə olduğunu iddia etməklə əsaslandırır, lakin indi Tramp administrasiyası bu silahlı münaqişəni Venesuelaya da şamil etməyə hazır görünür”, - məlumatda deyilib.

Qeyd olunub ki, amerikalılar artıq Venesuela sahillərində böyük bir dəniz qüvvəsi toplayıb və aviaşirkətlər ABŞ Federal Aviasiya Administrasiyasının Karib dənizində hərbi fəaliyyətin artması ilə bağlı xəbərdarlığından sonra uçuşları ləğv etməyə başlayıblar.

Tarix
2025.11.25 / 11:56
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla