Yuxarı

Bu şirkət 6 min təyyarəni geri çağırır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şirkət 6 min təyyarəni geri çağırır

“Airbus” şirkəti A320 sinfinə daxil olan təyyarələrdə aşkarlanan proqram təminatı qüsuru ilə əlaqədar dünya üzrə 6 min hava gəmisini geri çağırır.

Axar.az xəbər verir ki, bu barədə “Şpiqel” nəşri məlumat yayıb.

Məlumata görə, mütəxəssislər güclü günəş radiasiyasının uçuş idarəetməsi üçün vacib olan məlumatları zədələyə və bununla da təyyarənin stabil idarə olunmasına təsir göstərə biləcəyi barədə xəbərdarlıq ediblər.

“Airbus” bəyan edib ki, proqram təminatının yenilənməsi növbəti uçuşa qədər tamamlanmalıdır və bu proses bir sıra reyslərin ləğvinə və gecikmələrə səbəb ola bilər.

Vəziyyətlə əlaqədar Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin yaxın günlərdə təcili uçuşyararlılıq direktivi yayacağı gözlənilir.

Qərara səbəb olan hadisə oktyabrda baş verib. Belə ki, “JetBlue” aviaşirkətinə məxsus təyyarə uçuş idarəetməsində yaranan nasazlıq və qəfil hündürlük itkisi səbəbindən ABŞ-ın Tampa şəhərində təcili eniş etməli olub. Hadisə zamanı bir neçə sərnişin xəstəxanaya yerləşdirilib.

Tarix
2025.11.29 / 01:58
Müəllif
Axar.az
Digər xəbərlər

Fransa XİN başçısının Azərbaycanı hədəf alması...

Vyetnamın vitse-prezidenti Azərbaycana gəldi

İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi

Milli-mənəvi dəyərlər və tolerantlıq Azərbaycanın gücüdür

Lavrov sabah Bakıya səfər edəcək

Paşinyandan anklavlarla bağlı qəbuledilməz təklif

Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu...

Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün...

Azərbaycana qarşı hicab kampaniyası... - MHP-dən açıqlama

Azərbaycanın təcrübəsi bu dövlətlər üçün faydalı ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla