Yuxarı

NATO təlimləri zamanı belçikalı əsgər öldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
NATO təlimləri zamanı belçikalı əsgər öldü

Litvada keçirilən təlimlər zamanı NATO döyüş qrupunda xidmət edən belçikalı əsgər həyatını itirib.

Axar.az xəbər verir ki, bu barədə VRT telekanalı məlumat yayıb.

Əsgər 28 noyabrda minaatan atəşi nəticəsində ağır yaralanıb və ertəsi gün aldığı xəsarətlərdən vəfat edib. O, NATO missiyasının bir hissəsi olaraq Belçika hərbi kontingentinin tərkibində xidmət edirdi.

Belçikanın müdafiə naziri Teo Franken X sosial şəbəkəsində hadisəni təsdiqləyib, həlak olan hərbçinin ailəsinə başsağlığı verib və Litvaya göstərdiyi dəstəyə görə təşəkkür edib.

Şərq cinahının gücləndirilməsi missiyası çərçivəsində Litvaya yerləşdirilən çoxmillətli NATO döyüş qrupu Almaniya komandanlığı altında fəaliyyət göstərir.

Tarix
2025.11.30 / 18:40
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə bayrağının Azərbaycanda endirilməsi - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

Türkiyə Ermənistanla bağlı “sürpriz”ə hazırlaşır

Güneydən Azərbaycanla bağlı bəyanat

Sahibə Qafarova Qırğızıstan prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla