Yuxarı

5 ildir erməni təyyarələri AB-yə buraxılmır - Səbəb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
5 ildir erməni təyyarələri AB-yə buraxılmır - Səbəb

Ermənistanda qeydiyyatdan keçmiş təyyarələrin AB hava məkanında uçuşlarına qoyulan qadağa siyasi deyil, texniki səbəblərə görədir.

Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin genişlənmə üzrə komissarı Marta Kos deyib.

“Bu məsələ Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin məsuliyyətindədir. Və onların qiymətləndirməsinə əsasən, Ermənistanın atmalı olduğu müəyyən addımlar var. Ermənistan Mülki Aviasiya Komitəsi ilə əlaqə saxlayırıq və atılması lazım olan addımlar tamamlanana qədər hələlik heç bir qərar verilməyib. Beləliklə, bir daha deyirəm: bu, texniki bir prosesdir, ölkənin siyasi münasibətləri ilə heç bir əlaqəsi yoxdur”, - o bildirib.

Qeyd edək ki, 2020-ci ilin iyunundan Avropa Komissiyası Ermənistan aviaşirkətlərinə məxsus təyyarələrin Avropa Birliyinə üzv olan ölkələrin ərazisi üzərindən bütün uçuşlarını qadağan edib. Qadağa şirkətlərin beynəlxalq təhlüksizlik üzrə standartlara uyğun fəaliyyət göstərmədikləri üçün tətbiq olunub.

Tarix
2025.12.02 / 13:29
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

TDT hökumət başçılarının görüşü: bəyanat qəbul olundu

Azərbaycandan qayıdan təyyarəni İsrail vurub?

Prezident Cövdət Yılmazı qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla