Yuxarı

Albaniyada robot nazir rüşvətə görə “saxlanıldı”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Albaniyada robot nazir rüşvətə görə “saxlanıldı”

Albaniyada sentyabrın 11-də dövlət satınalmaları naziri təyin edilən Diella (robot nazir) rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə "Nyusbar" məlumat yayıb.

“Süni intellekt nazirini dəstəkləmək üçün tenderlərin şəffaflığını və ədalətliliyini təmin edən digər dövlət qurumlarında neyron şəbəkələri tətbiq edəcək xüsusi bölmənin yaradılması planlaşdırılırdı. Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə üzrə Xüsusi Prokurorluq naziri rüşvət almaqda şübhəli bilindiyi üçün dekabrın 4-də vəzifəsindən uzaqlaşdırıb”, - məlumatda deyilib.

İstintaqın məlumatına görə, hər bir müqavilənin dəyərinin 10-15%-i naməlum hesablara göndərilib, bu da süni intellekt tərəfindən “standart əməliyyat protokolu” kimi şərh edilib:

“Neyroşəbəkə bu cür hərəkətləri zəruri hesab edib və onları cinayət kimi tanımayıb. Prokurorlar süni intellektin kriptovalyutadan serverlərin və proqram təminatının alınması da daxil olmaqla, öz təkmilləşdirmələri üçün istifadə etməyi planlaşdırdığını vurğulayıb.

Nazirin süni intellekt üzrə vəkili var, o da öz növbəsində müştərisinin hərəkətlərinə haqq qazandıran bəyanat hazırlayıb. Onun sözlərinə görə, süni intellekt nazirinin hərəkətləri korrupsiya yox, “stress testi” olub”.

Tarix
2025.12.05 / 13:00
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla