Yuxarı

Süni intellekt qaz qıtlığına səbəb olacaq - Qətər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Süni intellekt qaz qıtlığına səbəb olacaq - Qətər

Dünya üzrə mayeləşdirilmiş təbii qaza olan tələb önümüzdəki illər ərzində 600-700 milyon ton artacaq. Müqayisə üçün deyək ki, dünyada ötən il 400 milyon ton həcmində maye qaz istehsal olunub. Bu artan tələbin əsas səbəbi isə daha çox enerji sərf edən süni intellekt texnologiyalarının genişlənməsidir.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, bunu Qətərin energetika naziri Səad Şəridə əl-Kəabi Doha Forumunda çıxışında bildirib.

Nazir həmçinin qeyd edib ki, süni intellektin enerji istehlakının artmasının və sərmayə çatışmazlığının 2035-ci ildən sonra mayeləşdirilmiş qaz və təbii qaz təchizatında qıtlığa səbəb olacağı ciddi narahatlıq doğurur.

“Sərmayə çatışmazlığı var və əgər bu, növbəti beş-altı il ərzində həll olunmazsa, 2035-ci ildə ciddi problemlərlə üzləşəcəyik. Danışıqlar apardığımız dövlətlər qaza olan tələbatlarının təxminən 10-20 faizə qədərinin süni intellektlə bağlı olduğunu bildirir”, - deyə əl-Kəabi diqqətə çatdırıb.

“Süni zəka evdə tələb olunan enerjidən daha artıq enerji tələb edir. O, daha çox enerjiyə ehtiyacı olan bir zavoda bənzəyir. Lakin ailələrdən və zavodlardan fərqli olaraq, davamlı olaraq artan enerji istehlakına məhkumdur”, - deyə nazir əlavə edib.

Tarix
2025.12.07 / 18:48
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla