Yuxarı

Beynəlxalq təşkilatlar təcili olaraq toplanır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Beynəlxalq təşkilatlar təcili olaraq toplanır

Bu gün Rusya parlamentinin rus ordusunun Ukrayna torpaqlarında qalması barədə verdiyi qərar beynəlxalq təşkilatları və qərb dövlətlərini ayağa qaldırıb.

"Axar.az" xəbər verir ki, Rusiya parlamentinin verdiyi qərardan dərhal sonra BMT Təhlükəsizlik Şurası təcili toplantı keçirməyi qərara alıb. Toplantı bu saatlarda keçirilir.

Qeyd edək ki, BMT dünən keçirdiyi qapalı toplantıda Ukraynanın ərazi bütövlüyünün qorunması istiqamətində dəstək verməyi qərara almışdı.

BM Təhlükəsizlik Şurası dünən keçirilən toplantıda Rusiyadan qoşunlarını Krımdan dərhal çıxarmasını istəmişdi. Ancaq Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin Ukrayna ilə beynəlxalq razılaşmanın olduğunu bildirmişdi.

ABŞ prezidenti Barak Obama da dünən Ukraynaya hər hansı bir müdaxilənin olacağı təqdirdə, bunun bədəlinin də ağır olacağını açıqlamışdı.

NATO Baş katibi Anders Rasmussen Tvitter hesabında Rusiyanın Ukraynanın suverenliyinə hörmət etməyin gərəkli olduğunu yazaraq, Krımda baş verən şiddətin bir an öncə durdurulmasının vacibliyini vurğulayıb.

Avropa Birliyi Xarici işlər nazirləri Ukraynada baş verən olayları müzakirə etmək üçün martın 3-də bir araya gələcək.

Həmçinin təhlükəsizlik baxımından Litva və Latviya NATO-nun Şimali Atlantika Şurasının toplantısına çağırılıb.

Bu arada İngiltərə də Rusiyanın Londondakı səfirini Xarici İşlər Nazirliyinə çağıraraq, rus ordusunun Ukrayna torpağını mühasirəyə almasına qarşı olduğunu səfirə bildirib.

Tarix
2014.03.01 / 23:52
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla