Yuxarı

Dəhşətli teraktın qarşısı alındı: o, Cənubi Qafqaza qaçdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəhşətli teraktın qarşısı alındı: o, Cənubi Qafqaza qaçdı

Rusiya ABŞ-a gedən yük təyyarələrini partlatmağı planlaşdırıb. Əməliyyat Moskvanın Avropada həyata keçirdiyi və gərginliyi artıran daha geniş hibrid kampaniyanın bir hissəsi olub.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

Nəşr xüsusi xidmət orqanlarına istinadla bildirib ki, hücumlar ABŞ-da Əkiz qüllələrin partladıldığı 11 sentyabr 2001-ci ildən sonra ən böyük dağıntı olacaqdı:

“Sxemin əsas elementi Polşa, Almaniya və Böyük Britaniyadakı DHL logistika mərkəzlərində baş verən partlayışlar olmalıydı. Hüquq-mühafizə orqanlarının əməkdaşları maqneziumdan ibarət partlayıcı maddə olan bağlamaların Litvadan göndərildiyini və bunun yalnız ilk mərhələ olduğunu aşkar ediblər. Növbəti mərhələ ABŞ-a gedən yük təyyarələrini məhv etmək idi ki, bu da kütləvi tələfatlara və qlobal şoka səbəb ola bilərdi”.

Məlumata görə, Polşa və Litva artıq terror aktları ilə bağlı ən azı 20 nəfəri ittiham edib. Təxribat qrupunun lideri Cənubi Qazfqazdakı ölkələrdən birinə qaçıb və Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX), Xarici Kəşfiyyat Xidməti və Baş Kəşfiyyat İdarəsi onun azad edilməsi üçün açıq şəkildə müdaxilə edib.

Qərb kəşfiyyatı iddia edir ki, Moskva Şərqi Avropa vətəndaşlarını və yerli cinayətkarları fəal şəkildə əməkdaşlığa cəlb edir, əməliyyatları mesajlaşma tətbiqləri və kriptovalyuta vasitəsilə uzaqdan idarə edir.

Tarix
2025.12.10 / 12:36
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla