Yuxarı

Türkiyə S-400-ü Rusiyaya qaytara bilər - Ekspert

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə S-400-ü Rusiyaya qaytara bilər - Ekspert

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri və ABŞ Prezidenti Donald Trampla görüşü Ankaranın F-35 qırıcılarının yenidən tədarükü məsələsini gündəmə gətirib. İki ölkə arasında bu istiqamətdə müəyyən yaxınlaşma müşahidə olunur və Vaşinqton Ankaranın proqramda yenidən iştirakına prinsipial olaraq açıqdır. Lakin ABŞ bunun üçün şərt irəli sürür: F-35-lərlə bağlı heç bir məlumat Rusiyanın əlinə keçməməlidir.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Türkiyənin F-35 qırıcılarının istehsalı və tədarükü proqramına qayıtmağının mümkünlüyü barədə danışarkən deyib.

Onun sözlərinə görə, bu şərt birbaşa Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemləri ilə bağlıdır:

“ABŞ hesab edir ki, S-400-lərin NATO müdafiə şəbəkəsinə inteqrasiya olunması təhlükə yarada bilər. Buna görə də Türkiyənin S-400-lərdən imtina etməsi zəruri sayılır. Ya üçüncü ölkəyə satmaq, ya da Rusiyaya geri qaytarmaq variantları müzakirə olunur.

Türkiyənin S-400-lərdən qurtulması böyük ehtimalla reallaşacaq və bu məsələ gələn ildən daha da aktuallaşacaq. Ankara öz milli maraqlarını əsas götürərək qərar verəcək və F-35 qırıcılarını əldə etmək üçün lazım olan addımı atacaq.

ABŞ və NATO üçün də bu prosesin sürətlənməsi önəmlidir. Qara dəniz regionunda təhlükəsizlik və Orta Şərqdə aparılan əməliyyatlar baxımından Türkiyənin gücləndirilməsi Vaşinqtonun maraqlarına uyğundur. Türkiyənin bu mövqeyi Moskva-Ankara münasibətlərində müəyyən soyuqluq yarada bilər, lakin prosesin məntiqli nəticəsi F-35-lərlə bağlı anlaşmanın bərpası olacaq”.

Tarix
2025.12.12 / 09:00
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Rusiya qadağası Azərbaycana necə təsir edəcək?

Prezident onları qəbul etdi - Foto

Rusiya Ermənistana görə Azərbaycana təşəkkür etdi

Putin Kremldə açıq dedi - Ermənistanda “duel” başladı

Paşinyan Rusiya və Qərb arasında “manevr” etməyə çalışır...

Bayağı verilişlər bağlandı, efir təmizlənir: İndi nə olacaq?

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla