Yuxarı

Tramp ABŞ hökumətindən 1 milyard təzminat ala bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp ABŞ hökumətindən 1 milyard təzminat ala bilər

ABŞ Prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunun (FTB) onun Florida ştatındakı Mar-a-Laqo iqamətgahında apardığı axtarışa görə ABŞ hökuməti adından özünə 1 milyard dollar məbləğində təzminat ödəyə biləcəyini istisna etməyib.

Axar.az xəbər verir ki, Tramp bu barədə Şimali Karolina ştatının Roki-Maunt şəhərində çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, yaranmış vəziyyət ABŞ tarixində misli görünməmiş haldır:

“Bilirsiniz, mən iddia qaldırmışam və işi uduram. Amma bir problem var, bu iddianı məhz mən özüm həll etməliyəm. Yəni iddianı mən qaldırıram və onu yenə də mən həll edirəm. Bəlkə də özümə 1 milyard dollar verim və hamısını xeyriyyə fondlarına ayırım. Məntiqlidir, elə deyilmi?” - Tramp bildirib.

O, əlavə edib ki, ABŞ-a qarşı iddia qaldırandan sonra prezident olub və indi həmin iddianın taleyini yenə özü müəyyənləşdirməlidir.

“Bu, qəribə vəziyyət deyilmi? Mən özümlə danışıqlar aparmalıyam”, - ABŞ prezidenti deyib.

Tarix
2025.12.20 / 10:16
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla