Yuxarı

İranda etiraz aksiyaları səngimir: ölənlərin sayı artdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranda etiraz aksiyaları səngimir: ölənlərin sayı artdı

14:31

İranda dərinləşən iqtisadi böhran fonunda kütləvi etiraz aksiyaları yanvarın 1-dən etibarən artıq dördüncü gecədir ki, davam edir.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, etirazlar paytaxt Tehran başda olmaqla Həmədan, Yəsuc, Kuhdəşt, Rəşt və digər şəhərləri əhatə edib.

Şahidlərin və yerli mənbələrin bildirdiyinə görə, insanlar İran rialının kəskin dəyərdən düşməsinə, qiymətlərin sürətlə artmasına, işsizliyə və ümumi sosial-iqtisadi vəziyyətin ağırlaşmasına etiraz olaraq gecə saatlarında küçələrə çıxıblar. Sosial şəbəkələrdə yayılan görüntülərdə şüar səsləndirən etirazçılar, polis kordonları və xaotik vəziyyət açıq şəkildə görünür.

Məlumatlara əsasən, İran təhlükəsizlik qüvvələri aksiyaların qarşısını almaq üçün gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq edib. Bir sıra şəhərlərdə gözyaşardıcı qaz, su şırnaqları və xüsusi təyinatlı bölmələrdən istifadə olunduğu, çoxsaylı saxlanılmaların həyata keçirildiyi bildirilir.

Rəsmi dairələr əhaliyə sükut və dialoq çağırışları etsə də, hakimiyyət orqanları indiyədək böhranın aradan qaldırılması ilə bağlı konkret iqtisadi və ya sosial yol xəritəsi təqdim etməyib. Bu isə narazılığı daha da artırır.

Analitiklərin fikrincə, İranda etirazların uzunmüddətli xarakter alması iqtisadi problemlərin təkcə qısamüddətli dalğalanma deyil, sistemli böhran mərhələsinə keçdiyini göstərir. Ekspertlər xəbərdarlıq edirlər ki, hakimiyyət real islahat addımları atmadığı təqdirdə, etirazların miqyası daha da genişlənə bilər.

***

İranın Loristan əyalətində davam edən aksiyalar zamanı bir təhlükəsizlik əməkdaşı ölüb, 7 nəfər isə saxlanılıb.

Bu barədə NTV telekanalı məlumat yayıb.

***

İranda polislə qarşıdurmalar nəticəsində ölənlərin sayı artıb.

Bu barədə “Fars” agentliyi məlumat yayıb.

Məlumata görə, toqquşmalar nəticəsində 3 nəfər ölüb, 17 nəfər yaralanıb.

Ölənlərin polis məmurları olduğu bildirilib.

Tarix
2026.01.01 / 22:43
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla