Yuxarı

İranda vəziyyət ağırdır, insanlar dözə bilməyəcək - Keşişyan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranda vəziyyət ağırdır, insanlar dözə bilməyəcək - Keşişyan

Paytaxtda müəyyən qədər zəifləməsinə baxmayaraq, İranda etiraz aksiyaları müxtəlif şəhərlərdə davam edir, ölənlər və yüzlərlə saxlanılan var, iqtisadi vəziyyət isə çox ağırdır.

Axar.az xəbər verir ki, bunu Tehranda nəşr olunan erməni “Araks” qəzetinin baş redaktoru Movses Keşişyan deyib.

“İnsanların gündəlik yaşayışı ilə birbaşa bağlı olan məhsullar – məsələn, yumurta, ət və ərzaq – birdən-birə bəzi hallarda hətta 30–40 faizə qədər bahalaşdı. Bu isə vəziyyəti daha da çətinləşdirdi. Hazırda gözləmə vəziyyəti var. İnsanlar hökumətin vəziyyəti tənzimləmək üçün daha ciddi addımlar atacağını gözləyirlər, əks halda hər şey daha da ağırlaşa bilər. Dolların məzənnəsi kəskin şəkildə artıb. Eyni zamanda internet kəsintiləri var, bütün bunlar xalqın psixoloji durumuna da təsir edir”, – Keşişyan bildirib.

Onun sözlərinə görə, etiraz dalğasının daha geniş miqyas alması təhlükəsi mövcuddur։

“Əgər bir insanın aylıq gəliri, məsələn, 100–150 dollar təşkil edirsə, amma yemək üçün xərcləməli olduğu məbləğ 300 dollara çatırsa, bu zaman insan artıq dözə bilməyəcək. Təbii ki, partlayışlar baş verəcək və həmin partlayışların gücü daha da arta bilər”.

Tarix
2026.01.08 / 17:55
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla