Yuxarı

ABŞ İrana qarşı əməliyyata başlaya bilərmi? - Ekspert

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ İrana qarşı əməliyyata başlaya bilərmi? - Ekspert

ABŞ və İsrail İranda baş verən etirazlar fonunda bu ölkədə qərar qəbuletmə mərkəzlərinə zərbələr endirə bilər, lakin genişmiqyaslı hərbi əməliyyat ehtimalı azdır.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Yaxın və Orta Şərq Ölkələri Mərkəzinin böyük elmi işçisi Vladimir Sajin bildirib.

Sajinin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın İranda iğtişaşlar zamanı etirazçılara atəş açılacağı təqdirdə güc tətbiqi ilə hədələməsi əvvəlki dövrlərlə müqayisədə yeni və mühüm məqamdır:

“ABŞ Silahlı Qüvvələrinin İrana qarşı hər hansı geniş əməliyyata başlayacağını düşünmürəm. Lakin istisna etmirəm ki, Trampın mövqeyindən asılı olaraq, raket və hərbi-hava qüvvələri vasitəsilə qərar qəbuletmə mərkəzlərinə zərbələr endirilə bilər. Söhbət əsasən, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və onun tərkibində olan “Bəsic” qüvvələrindən gedir. Ordunun hədəf alınacağını isə düşünmürəm”.

Ekspert vurğulayıb ki, ABŞ tərəfindən quru əməliyyatı ehtimalı istisnadır:

“Belə bir ssenari mümkün deyil, Venesuela tipli desant əməliyyatı da gözlənilmir. Ancaq zərbələr endirilə bilər — ABŞ və İsrail bunu birgə və ya ayrı-ayrılıqda edə bilər. Bu isə etiraz hərəkatının daha da güclənməsinə təsir göstərə bilər”.

Tarix
2026.01.11 / 10:00
Müəllif
Aysel Baxşiyeva
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla