Yuxarı

Bakının yardımı Ukraynanın bu dayanıqlılığını gücləndirəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının yardımı Ukraynanın bu dayanıqlılığını gücləndirəcək

Ukraynanın energetika sahəsinə göstərilən növbəti humanitar yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edilib.

Axar.az xəbər verir ki, Ukraynanın Baş nazirinin müavini, energetika naziri Denis Şmıqal Azərbaycanın Ukraynaya bir milyon dollar dəyərində yeni enerji avadanlığı bağışladığını bildirib.

“Azərbaycan Respublikası enerji sektoru üçün Ukraynaya təxminən bir milyon dollar dəyərində daha bir humanitar yardım göndərib. Azərbaycan Prezidenti İlham Əliyevə və energetika naziri Pərviz Şahbazova göstərdikləri dəstək və həmrəyliyə görə minnətdaram”, - Şmıqal vurğulayıb.

Onun sözlərinə görə, bu əhəmiyyətli dəstək davamlı hava zərbələri şəraitində Ukraynanın enerji dayanıqlılığının gücləndirilməsinə mühüm töhfə verəcək.

Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı sahəsində humanitar yardımlar göndərib. Ölkəmizin Ukraynaya göstərdiyi ümumi humanitar dəstəyin, o cümlədən bərpa və yenidənqurmayönümlü yardımların dəyəri artıq 45 milyon ABŞ dollarını ötüb.

Tarix
2026.01.21 / 01:46
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla