Yuxarı

Müharibə ilə bağlı 3 ssenari: Ukrayna tükənir, Rusiya isə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müharibə ilə bağlı 3 ssenari: Ukrayna tükənir, Rusiya isə...

2026-cı il Ukrayna üçün ən real variant müharibənin davam etməsidir, danışıqlar isə nəticəsiz olaraq dövrə vuracaq. Bununla yanaşı, artan gərginlik tərəflərdən birinin – ya Kiyevin, ya da Moskvanın mövqelərini zəiflədə və onları hazır olmadıqları bir razılaşmaya məcbur edə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.

Məqalədə müharibənin gələcək gedişi ilə bağlı aşağıdakı ssenarilər təqdim olunub:

Ssenari 1. Müharibənin davamı

Nəşrə görə, Moskva hələ də hesab edir ki, Ukrayna Rusiyadan daha tez zəifləyəcək, lakin Kiyevin tam çöküşü hələ uzaqdır. Hər iki tərəf danışıqlarda irəliləyiş olmamasına görə ABŞ Prezidenti Donald Trampın mümkün təzyiqlərindən ehtiyat edir və konstruktiv mövqe nümayiş etdirməyə çalışır.

Ukrayna üçün işğal olunmamış ərazilərin, o cümlədən Donbasın verilməsi qırmızı xətt olaraq qalır. Prezident Vladimir Zelenski bildirir ki, ərazi güzəştləri yalnız ABŞ daxil olmaqla, etibarlı təhlükəsizlik zəmanətləri olduğu halda mümkündür. Ukrayna cəmiyyətində isə Rusiyanın addımları müharibəni davam etdirmək niyyəti kimi qiymətləndirildiyindən danışıqlara inamsızlıq qalır.

Ssenari 2. Ukrayna daha tez tükənir

Kiyev üçün əsas risk ordunun fiziki və mənəvi aşınmasıdır: fasiləsiz döyüşlər, şəxsi heyətin yorğunluğu və fərarilik hallarının artması. Ukrayna piyada çatışmazlığını dron texnologiyaları ilə kompensasiya etməyə çalışsa da, Rusiya bu sahədə fərqi xeyli azaldıb.

Ekspertlər cəbhədə kəskin dəyişiklik gözləmir: Donbas istiqamətində irəliləyiş yavaşdır və böyük itkilər bahasına başa gəlir. Ukraynanın tükənməsi halında isə Kiyev ərazi güzəştləri, hərbi potensialın məhdudlaşdırılması və ABŞ-dan zəif təhlükəsizlik təminatları ilə ağır bir razılaşmaya məcbur qala bilər.

Ssenari 3. Rusiya yorulur

Məqalədə qeyd olunur ki, Rusiya iqtisadiyyatı durğunluq yaşayır, mülki sektorlar zəifləyir, neftin ucuzlaşması, neft emalı zavodlarına zərbələr və “kölgə donanmasına” təzyiqlər Kremlin gəlirlərinə ciddi zərbə vurur. Biznes elitası iqtisadiyyatın getdikcə hərbi-sənaye kompleksindən və Çindən asılı olmasından narazıdır.

Hələlik Vladimir Putinə qarşı daxili təzyiqin açıq əlamətləri olmasa da, nəşr hesab edir ki, Rusiya müharibəni sonsuzadək davam etdirə bilməz. Sanksiyaların daha sərt tətbiqi real danışıqlara keçidi sürətləndirə bilər.

Tarix
2026.01.29 / 16:00
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla