Yuxarı

Türkiyə təyyarəsi Hindistanda təcili eniş etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə təyyarəsi Hindistanda təcili eniş etdi

Türk Hava Yollarına (THY) məxsus təyyarə Hindistanda təcili eniş edib.

Axar.az APA-ya istinadən xəbər verir ki, təyyarə Nepalın paytaxtı Katmandudan havaya qalxıb və qısa müddətdən sonra motorların birində texniki problem yaşanıb və yanğın raportu verilib.

Yanğın nəzarət altına alınıb. Təyyarədə təhlükəsizlik inspeksiyası aparılması üçün təyyarə yalnız bir motorla havada gözləyib.

İnspeksiya nəticəsində təyyarənin Türkiyəyə qədər uçuş həyata keçirməsinin riskli olacağı barədə nəticə əldə olunub və Hindistanın Kəlküttə bölgəsində yerləşən Subhas Çandra Bos beynəlxalq hava limanına yönləndirilib.

Göyərtədə olan 236 sərnişin və 11 ekipaj üzvü təhlükəsiz şəkildə təxliyə edilib.

Tarix
2026.02.04 / 17:40
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla