Yuxarı

Bill Qeyts Epşteynin məktubundan danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bill Qeyts Epşteynin məktubundan danışdı

"Maykrosoft"un qurucusu Bill Qeytsin adı amerikalı maliyyəçi Ceffri Epşteynin göndərilməmiş elektron məktubunda çəkilib.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Qeyts bu barədə "9Nyus"a müsahibəsində şərh verib. Milyarderin sözlərinə görə, məktubu Epşteyn özü üçün yazıb.

"Yəqin ki, Ceffri özü üçün elektron məktub yazıb. Bu məktub heç vaxt göndərilməyib, yalandır", - deyə Bill Qeyts bildirib.

O, həmçinin ehtimal edib ki, maliyyəçi onu çətin vəziyyətə salmağa çalışıb. Qeyts Ceffri Epşteynlə keçirdiyi hər dəqiqədən peşman olduğunu bildirib və onunla əlaqəsinə görə üzr istəyib.

Ceffri Epşteyn azyaşlılara qarşı seksual zorakılıq və uşaqların seksual istismarı ilə bağlı məhkəmə qarşısına çıxarılmışdı. O, 2019-cu ildə Manhettendəki həbsxanada intihar edib. 30 yanvar tarixində ABŞ Ədliyyə Nazirliyi maliyyəçiyə qarşı cinayət işi ilə bağlı 3 milyon səhifəlik sənədləri ictimaiyyətə açıqlayıb.

Epşteynin 13 iyul 2013-cü ildə öz elektron poçtuna göndərdiyi iki məktubda iddia olunur ki, Bill Qeyts "rus qızları” ilə əlaqədə olub və onlardan cinsi yolla keçən infeksiyalar yoluxub. Epşteyn bildirir ki, bu səbəbdən Qeyts antibiotik qəbul etmək məcburiyyətində qalıb.

Tarix
2026.02.04 / 23:23
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla