Yuxarı

İstanbulda 7 ballıq zəlzələ qaçılmazdır! - Pampal

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstanbulda 7 ballıq zəlzələ qaçılmazdır! - Pampal

Ötən il konfransların birində çıxışım zamanı İstanbulda 6,5-7 bal gücündə zəlzələnin olacağını demişdim. İndi də eyni fikirdəyəm.

Axar.az xəbər verir ki, bunu zəlzələ üzrə mütəxəssis Süleyman Pampal deyib.

“Təəssüf ki, İstanbulda 7 bal gücündə zəlzələ olacaq. Bu fay xətti qırılacaq və proses başa çatacaq. Son illərdə bu, hətta Amerikanın "Nyu York Tayms" qəzetində də işıqlandırılıb. "Nature" jurnalında elmi məqalələr dərc olunub. İstanbulda zəlzələ riski olduqca yüksəkdir və qaçılmazdır, çünki onun təkrarlanma dövrü artıq keçib”, - mütəxəssis əlavə edib.

“İstanbulla bağlı əvvəldən fikrim belə olub: Şimali Anadolu fayının şimal qolu, İstanbulun Avropa tərəfinin cənubundan, Silivri sahillərindən Təkirdağ və Qanoşa qədər sahilə paralel uzanır. 1912-ci ildə Qanoş fayı qırıldı və 7,3 bal gücündə zəlzələyə səbəb oldu. Daha sonra qırılmalar şərqə doğru davam etdi. 2009 və 2011-ci illərdə 5,5 və 5,9 bal gücündə zəlzələlər baş verdi. 23 aprel 2024-cü ildə 6,2 bal gücündə zəlzələ İstanbula çox yaxın oldu. 1766-cı ildə İstanbulu məhv edən iki zəlzələ də bu fay xətti üzərində baş verdi. Bu fay xəttinin şərqə, Böyükçəkməcə sahillərindən Əminönünə qədər uzanan qırılmamış bir hissəsi var. Bu, təxminən 30-35 kilometr uzunluğundadır. Su altında olduğundan qəti şəkildə danışa bilmərik, amma bu hissə qırılmayıb və nə vaxtsa qırılacaq”, - S.Pampal bildirib.

Tarix
2026.02.07 / 17:07
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla