Yuxarı

Əsəd sarayda oturub, “Candy Crush” oynayırmış - KİV

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsəd sarayda oturub, “Candy Crush” oynayırmış - KİV

Rejimi süquta yaxınlaşdıqca Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd reallıqdan uzaqlaşaraq video oyunlarından asılı olub.

Axar.az xəbər verir ki, bu barədə “Atlantik” jurnalı məlumat yayıb.

“Sarayın daxilindəkilər deyirlər ki, o, dəfələrlə regional və Qərb güclərinin onun hakimiyyətini qoruyub saxlaya biləcək diplomatik dəstəkləri rədd edib. Bütün gün sarayda oturub “Candy Crush” (“Şəkər əzməsi”) və digər video oyunlar oynayır.

Hətta son günlərdə belə, xarici işlər nazirləri ona sövdələşmələr təklif etmək üçün zəng edib və o, telefonlara cavab verməyib. Əsəd güzəştə getmək və ya gücünün hər hansı bir məhdudiyyətini qəbul etmək istəməyib.

Əsədin axmaqlığının ən yaddaqalan nümunəsi ilk Tramp administrasiyası dövründə baş verib. 2020-ci ildə Vaşinqton 2012-ci ildə Suriyada yoxa çıxan və Əsəd rejiminin əlində olduğu düşünülən amerikalı jurnalist Ostin Taysı tapmaq üçün iki məmuru - Rocer Karstens və Kaş Pateli Livana göndərib. O vaxt Livanın Baş Təhlükəsizlik Şöbəsinin rəhbəri olan Abbas İbrahim iki nəfəri Dəməşqə gətirib və onlar Əsədin yüksək səviyyəli təhlükəsizlik məmurlarından biri olan Əli Məmlüklə görüşüblər.

Karstens deyir ki, amerikalılar Taysın mövzusunu qaldırdılar və Məmlük cavab verdi ki, hər hansı bir tələbi müzakirə etməzdən əvvəl ABŞ sanksiyaları qaldırmalı və qoşunlarını Suriyadan çıxarmalıdır.

ABŞ hökuməti Taysın sağ olduğuna dair sübut müqabilində bu şərtlərlə razılaşıb. Əsəd isə hamını təəccüləndirərək bildirib ki, heç bir razılaşma və danışıqlar olmayacaq. Səbəb olaraq isə Trampın onu əvvəllər heyvan kimi təsvir etməsini göstərib”, - nəşr yazır.

Tarix
2026.02.08 / 12:28
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Azərbaycanda 4 günlük iş həftəsi... - Detallar

Bakıda forum: Hədəf 8 ölkənin hüdudlarını aşmaqdır - Baş katib

İsrailin Azərbaycan bayrağı yanlışına İranın erməni cavabı

Azərbaycan TDT-ni geosiyasi gücə çevirir...

Şuşada bu evləri 2 minə satırdılar - Erməni bloger

İliyana Yotova Bakıya gəlir

Türk dünyası üçün də mühüm çağırışlar... - Deputat

WUF13 bunun üçün həlledici məqam olacaq

Prezident Anaklaudia Rossbaxı qəbul etdi - Foto

Gələn ay Bakıda mühüm tədbir keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla