Yuxarı

Putin Obamanı “diplomatiyaya” səslədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Obamanı “diplomatiyaya” səslədi

BBC-nin məlumatına görə, Rusiya və ABŞ Suriyayla bağlı məsələləri müzakirə etmək üçün bu gün Cenevrədə görüş keçirəcəklər. Görüş öncəsi Rusiya prezidenti Vladimir Putin "New York Times" qəzeti üçün yazdığı məqalədə Vaşinqtonda "hərbi qüvvə istifadəsi yerinə diplomatiya seçilməlidir" çağırışını edib.

Putin Suriyaya qarşı hücumun "yeni terror dalğası yarada biləcəyi" mövzusunda xəbərdarlıq edib.

"Bir çox ölkənin siyasi və aralarında Papanın da olduğu dini liderlərinin qarşı çıxmasına rəğmən, ABŞ-ın Suriyaya gözlənilən hücumu daha çox günahsız adamların qurban getməsi və qarşıdurmaların daha da intensivləşərək Suriya sərhədlərini aşmasıyla nəticələnə bilər".

Putin məqaləsində BMT Təhlükəsizlik Şurasının bu məsələyə qarşımasını "beynəlxalq əlaqələrin xaosa sürüklənməsinə mane olmaq üçün istifadə edilə biləcək yollardan biri" kimi dəyərləndirib.

Hücum şiddəti artırar

Putin yazısında "Hücum şiddəti artırar və yeni bir terror dalğasına səbəb olar. İranın nüvə proqramı və İsrail-Fələstin probleminin həlliylə bağlı çoxtərəfli səylər boşuna gedər, bundan başqa təkcə Orta Şərqlə Şimali Afrikadakı sabitliyi deyil, bütün beynəlxalq hüquq sisteminin tarazlığını pozar", - yazmaqla ABŞ-ı tənqid edib.

Putin Rusiyanın mövqeyini təkrarlayaraq, avqustun 21-də Şam yaxınlığında həyata keçirilən kimyəvi silah hücumuna görə, böyük ehtimalla, "xarici müdaxiləni tezləşdirmək məqsədi güdən müxaliflərin" məsuliyyət daşıdığını deyib.

BMT simvolikdir, önəmli olan Cenevrədir

Rus liderinin açıqlamaları bu gün Cenevrədə ABŞ və Rusiya arasında baş tutacaq görüş öncəsinə təsadüf edib.

BMT TŞ-nın beş daimi üzvü də Rusiyanın Suriyaya "kimyəvi silahlarını beynəlxalq nəzarətə verməsi və məhv etməsi" istiqamətli təklifini müzakirə etmək üçün Nyu Yorkda olub.

BBC-yə müsahibə verən bir diplomat, BMT üzvlərinin görüşünün daha çox "simvolik" olduğunu və əsl sualların Cenevrədə cavablanacağını bildirib.

Rusiya, Suriya hökumətini kimyəvi silah istifadə etməkdə günahlandıran hər cür qərara qarşıdır.

ABŞ Dövlət Katibliyindən səlahiyyətli bir şəxs çərşənbə günü çıxış edərək "Kerri və Lavrov bu səhər Cenevrə görüşü öncəsi telefonla danışıb. Görüşün əsas mövzusunu müzakirə ediblər və Əsədin kimyəvi silah anbarlarının yenidən istifadə edilməməsi və nəhayət, məhv edilməsinin təsdiqlənməsi mövzusunda fikirlərini bölüşüblər",- deyib.

Cenevrədəki görüşlərdə Kerriyə ABŞ silah mütəxəssisləri də yoldaşlıq edəcək. ABŞ prezidenti Barak Obama hökuməti çərşənbə axşamının səhərinə qədər Suriyaya hərbi müdaxilə etmək üçün Konqresin dəstəyini almağa səy göstərirdi. Ancaq Obama Ağ Evdəki çıxışında Rusiyanın planına dəstək verib, Suriya rejiminin kimyəvi silah sahibi olduğunu etiraf etməsinin "üümidverici işarələr" olduğunu söyləmişdi.

Bu arada diplomatik qərarlar qəbul edilməsinə hazırlıq gedərkən Suriyada xristian qəsəbəsi Maaluladan qarşıdurma xəbərləri gəlir.

Maaluladan xəbər verən BBC-nin Orta Şərq redaktoru və müxbiri Ceremi Bouen hökumət əsgərləri və Əl-Qaidəylə birbaşa əlaqəsi olan Əl-Nusra qrupunun üzvləri arasında qarşıdurmaların davam etdiyini deyib.

Tarix
2013.09.12 / 13:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan səfirliyinə hücum qəbuledilməzdir - Belçika

Daşkənddə Azərbaycan bayrağı proyeksiya olundu - Foto

Şimali Kipr lideri Azərbaycan nümayəndələrini qəbul etdi

​5 gün ardıcıl qeyri-iş günü olacaq - Tarixlər

Fransadan Azərbaycan səfirliyini hədəf alan hücuma reaksiya

Bayramovun da iştirak etdiyi görüşdə nələr müzakirə edildi?

İlham Əliyev Daşkənddə ziyafətdə - Video

İlqar Hacıyev Baş Prokurorluğa çağırıldı

Əliyev Daşkənddə tədbirdə: Alim Qasımov mükafatlandırıldı

Prezident Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla