Bu gənc xanıma nazirlikdə yüksək vəzifə verildi
11:51
| Ana səhifə Planet |
|
Serbiya polisi Serbiya Prezidenti Aleksandr Vuçiçə və ailəsinə qarşı sui-qəsd cəhdi hazırlamaqda şübhəli bilinən iki nəfəri saxlayıb.
Axar.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Şübhəlilər Daxili İşlər Nazirliyi, Təhlükəsizlik və İnformasiya Agentliyinin əməkdaşları tərəfindən Kralyevo şəhərində birgə keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb. Hər ikisi yerli sakindir. Onlar 2025-ci ilin dekabrından 2026-cı ilin fevralına qədər Serbiya liderini və ailəsini öldürməklə konstitusiya quruluşunu devirmək və hakimiyyəti ələ keçirmək üçün sui-qəsd hazırlamaqda şübhəli bilinirlər”, - məlumatda deyilib.
|
Tarix
2026.02.24 / 10:30
|
Müəllif
Zeynəb Əkbər
|