Yuxarı

Məşhur aviaşirkət Tehran və Təl-Əvivə uçuşları dayandırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur aviaşirkət Tehran və Təl-Əvivə uçuşları dayandırdı

"Lufthansa" Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyətini əsas gətirərək regiona və regiondan bütün uçuşları müvəqqəti dayandırıb.

Axar.az APA-ya istiandən xəbər verir ki, aviaşirkət Təl-Əvivdə Ben Qurion hava limanına və bu aeroportdan həyata keçirilən bütün reysləri martın 7-dək ləğv edib.

Şirkətin açıqlamasında bildirilir ki, qərar “Yaxın Şərqdəki mövcud vəziyyət” nəzərə alınaraq qəbul olunub.

Bundan başqa, Təl-Əvivlə yanaşı, Beyrut, Əmman, Ərbil və Tehran istiqamətlərinə uçuşlar da eyni tarixədək dayandırılıb.

"Lufthansa"ya daxil olan digər aviaşirkətlər – "SWISS", "Austrian Airlines", "Brussels Airlines" və "Eurowings" də sözügedən qərara qoşulub və göstərilən istiqamətlər üzrə reysləri müvəqqəti olaraq ləğv edib.

Şirkət sərnişinlərə alternativ imkanlar təqdim edir. Bildirilir ki, reysləri ləğv olunan sərnişinlər biletlərini əlavə ödəniş etmədən daha sonrakı tarixə dəyişə və ya biletin tam dəyərinin geri qaytarılmasını tələb edə bilərlər.

Açıqlamada qeyd olunub ki, "Lufthansa" Yaxın Şərqdə təhlükəsizlik vəziyyətini davamlı şəkildə izləyir və qiymətləndirir, həmçinin aidiyyəti qurumlarla sıx əlaqə saxlayır.

Qeyd edək ki, regionda artan gərginlik fonunda bir sıra beynəlxalq aviaşirkətlər də təhlükəsizlik səbəbi ilə uçuş cədvəllərinə dəyişiklik edib.

Xatırladaq ki, İsrail və ABŞ bu gün səhər saatlarından İrana qarşı hərbi əməliyyata başlayıb.

Tarix
2026.02.28 / 15:46
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla