Yuxarı

Trampın müharibə üçün “4 həftə” sözünün məqsədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın müharibə üçün “4 həftə” sözünün məqsədi

ABŞ qanunlarına görə, ölkə Prezidenti Donald Tramp Konqresin təsdiqi olmadan iki aydan çox hərbi kampaniya apara bilməz.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq, amerikaşünas Malek Dudakov deyib.

“Tramp administrasiyasından və Amerika prezidentindən eşitdiyimiz bu dörd və ya altı həftəlik rəqəmlər sadəcə ona verilən möhlətin ən yuxarı hədddir, çünki Müharibə Səlahiyyətləri Aktına əsasən, prezidentin Konqresin təsdiqi olmadan təxminən iki ay hərbi əməliyyatlar aparmaq hüququ var”, - o bildirib.

Dudakov onu qeyd edib ki, Yaxın Şərqdə genişmiqyaslı münaqişənin başlamasından cəmi bir neçə gün sonra ABŞ müəyyən çətinliklərlə üzləşməyə başlayıb:

“Məsələn, ABŞ ordusunun hava hücumundan müdafiə sistemləri üçün çox az raketi var. Onlar 2025-ci ilin yay kampaniyası ərzində THAAD hava hücumundan müdafiə sistemi üçün 150-dən çox raket atıblar. Bu raketlərdən ildə yalnız 30 ədədi istehsal olunur. Bu raketlərin hər birinin qiyməti on milyonlarla dollardır. Eyni şey Amerika obyektlərini İran hücumundan qorumaq üçün istifadə edilən dəniz əsaslı raket ehtiyatlarının tükənməsinə də aiddir. Raket ehtiyatları azaldıqca və İrana qarşı hərbi əməliyyatlar davam etdikcə, Trampın reytinqi azalır və rəqiblərin daxili siyasi təzyiqi artır. Bu vəziyyətdə Tramp Vaşinqtonun danışıqlar mövqeyini gücləndirməyə çalışır. Onlar tez bir zamanda hərbi əməliyyata başladı, İranın hərbi-siyasi rəhbərliyinin bir hissəsini aradan qaldırdı və indi güc mövqeyindən danışıqlar aparmağa çalışacaqlar”.

Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı 28 fevralda başlayıb.

Tarix
2026.03.03 / 15:37
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Yaşar Gülər Xocavənddə...

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Bakıda AQEM Media Forumunun açılış mərasimi keçirildi

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla