Yuxarı

İran savaşından ən çox zərər görən ölkələr...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran savaşından ən çox zərər görən ölkələr...

ABŞ və İsrailin İrana qarşı apardığı hərbi əməliyyat səbəbindən Avropa və Asiya ölkələri ABŞ-dan daha böyük iqtisadi zərər görür.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti yazıb.

Məqalədə qeyd edilir ki, müharibənin iqtisadi itkiləri yalnız Hörmüz boğazından keçən qaz və neft tədarükləri ilə məhdudlaşmır. Münaqişə zonasındakı bir neçə beynəlxalq hava limanının bağlanması beynəlxalq yük aviasiya daşımalarının təxminən beşdə birinin dayandırılmasına səbəb olub. Bu isə məişət elektronikası, əczaçılıq məhsulları və qiymətli metalların tədarükündə fasilələr yaradıb.

San-Fransiskoda yerləşən logistika şirkətlərindən birinin rəhbəri nəşrə bildirib ki, münaqişə başladıqdan sonra Asiyadan Avropaya yük hava daşımalarının qiyməti 45% artıb.

Nəşrin qiymətləndirməsinə görə, hazırda ən ciddi nəticələri Belçika, Hindistan, İtaliya, Çin və Cənubi Koreya kimi ölkələr hiss edir. Çünki bu ölkələr Hörmüz boğazı vasitəsilə həyata keçirilən neft və qaz tədarüklərindən daha çox asılıdır.

Tarix
2026.03.09 / 10:00
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla