Yuxarı

Ukrayna ordusu hansı əraziləri geri alıb?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna ordusu hansı əraziləri geri alıb?

Ukrayna Müdafiə Qüvvələri Dnepropetrovsk və Zaporojye vilayətləri sərhədində müəyyən əraziləri düşməndən təmizləyiblər.

Axar.az xəbər verir ki, bu barədə “DeepState” analitik layihəsinin həmtəsisçisi Roman Poqorelinin hesabatında bildirilib.

Qeyd olunub ki, söhbət təxminən 80 kvadrat kilometr ərazidən gedir:

“Dnepropetrovsk vilayətinin hazırda düşmən tərəfindən işğal altında olan və ya düşmənin sızma zonasında yerləşən müxtəlif sahələri var. Xəritəni izləyənlər görür ki, təmizləmə əməliyyatları aparılan ərazilərdə xəritə dəyişəndə orada “boz zona” qalır”.

Ekspertin sözlərinə görə, bu ona görə baş verir ki, ruslar daim Ukrayna müdafiəçilərinin mövqelərindən yan keçərək sızmağa çalışır. Poqoreli vurğulayıb ki, həmin sahələrdə rus hərbçilərin çox böyük piyada qüvvəsi cəmləşib:

“Onlar həm meşə zolaqlarında, həm də yaşayış məntəqələrində yerləşirlər. Dağıntılar içində qurduqları mövqelərdə, evlərdə və qazdıqları blindajlarda möhkəmləniblər. Əlbəttə, onlar burada qüvvə toplamağa, möhkəmlənməyə və bəzən bir neçə nəfərlik piyada qrupunu, hətta bir-iki əsgəri belə arxa istiqamətə göndərməyə çalışırlar”.

Tarix
2026.03.12 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla