Yuxarı

İranın parçalanmasına qarşıyıq - Hakan Fidan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın parçalanmasına qarşıyıq - Hakan Fidan

Türkiyə regionda gərginliyin aradan qalxması üçün səylərini əsirgəmir. Ankara İranın parçalanmasına və qonşu ölkədə vətəndaş müharibəsinin alovlanmasına yönəlmiş istənilən plana, o cümlədən separatizm və etnik qarşıdurma yaradılmasından istifadə edilməsinə qarşı çıxır.

Axar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Almaniyanın xarici işlər naziri Yohann Vadeful ilə birgə keçirdiyi mətbuat konfransında söyləyib.

Türkiyə XİN rəhbərinin sözlərinə görə, İran məsələsi almaniyalı həmkarı ilə aparılan danışıqların əsas mövzularından biri olub.

“İranda baş verənlər kontekstində heç bir yanlış addıma yol verilməsinə imkan verməyəcəyik. Türkiyə müharibənin gedişi və onun nəticələri ilə bağlı hadisələrin inkişafının bütün ssenarilərinə hazırdır”, – deyə türkiyəli nazir vurğulayıb.

H.Fidan qeyd edib ki, dünyada və Yaxın Şərqdə baş verən son hadisələr, müttəfiqlik əlaqələrinin, o cümlədən Avropanın təhlükəsizliyinin təməl daşı olan NATO çərçivəsindəki əlaqələrin əhəmiyyətini bir daha göstərir.

Türkiyə diplomatiyasının rəhbəri Almaniyanın Türkiyənin Avropa Birliyinə üzvlük prosesinə töhfə verəcəyinə ümid etdiyini bildirib.

Tarix
2026.03.12 / 19:50
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla