Yuxarı

Bu ölkələr Trampın koalisiya təklifindən imtina etdilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkələr Trampın koalisiya təklifindən imtina etdilər

ABŞ Prezidenti Donald Tramp tərəfindən təklif edilən Hörmüz boğazı ətrafında beynəlxalq dəniz koalisiyasının yaradılması təşəbbüsünə müxtəlif ölkələr fərqli reaksiyalar verib.

Axar.az xəbər verir ki, Fransa və Almaniya koalisiyaya qoşulmaqdan açıq şəkildə imtina ediblər.

Böyük Britaniya təşəbbüsə tam qarşı çıxmasa da, iştirak məsələsində istəksiz mövqe nümayiş etdirir və qərarını ehtiyatla qiymətləndirir.

Avstraliya təklif olunan hərbi koalisiyada iştirak etməyəcəyini açıqlayıb. Yaponiya isə bölgəyə hərbi qüvvə yerləşdirməkdən imtina edib və məsələyə daha çox diplomatik və iqtisadi çərçivədə yanaşmağa çalışır.

İtaliya məsələyə daha çox Avropa çərçivəsində yanaşır. Roma hazırda Avropa Birliyi tərəfindən müzakirə edilən “Aspides” hərbi-dəniz missiyası çərçivəsində prosesə baxır. Lakin İtaliya Hörmüz boğazında ayrıca yerləşdirmə ilə bağlı konkret öhdəlik götürməyib.

Hindistan isə koalisiyaya qoşulmaqdan imtina edib. Yeni Dehli İranla birbaşa diplomatik təmaslara üstünlük verir və bəzi hallarda öz tankerlərinin təhlükəsizliyini müstəqil şəkildə təmin etməyə çalışır.

Asiya ölkələrinin reaksiyaları isə daha balanslıdır. Cənubi Koreya ABŞ-ın təklifini hələ də nəzərdən keçirdiyini bildirir. Çin isə bölgədə hərbi iştirakdan imtina etdiyini açıqlayıb.

Nəticə olaraq, ABŞ-ın irəli sürdüyü Hörmüz boğazı koalisiyası ideyası geniş beynəlxalq dəstək qazanmayıb.

Tarix
2026.03.16 / 17:42
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla