Yuxarı

Nyu-York sakinləri bu gün şəhər merini seçir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nyu-York sakinləri bu gün şəhər merini seçir

Nyu-Yorkun sakinləri bu gün şəhərin merini seçmək üçün seçki məntəqələrinə gəlirlər.

ABŞ-ın ən iri meqapolisinin rəhbəri vəzifəsinə əsas iddiaçılar Demokratlar Partiyasından namizəd, məşhur vəkil Bill de Blazio, eləcə də respublikaçı Cozef Lota hesab olunur.

Müşahidəçilər qeyd edirlər ki, hazırda de Blazionun qələbəyə daha çox şansı vardır. O, 2010-cu ildən şəhərdə ən vacib vəzifələrdən birini - meqapolisin ictimai müdafiəçisi vəzifəsini tutur.
Amerikanın "Uoll-strit cornal" qəzetinin və En-bi-si teleşirkətinin apardığı son sorğuların nəticələrinə görə, seçicilərin 65 faizi de Blazioya səs verməyə hazırdır. Bill de Blazionun proqramının əsas bəndlərindən birini meqapolisin ən varlı sakinləri üçün vergilərin qaldırılması təşkil edir.
Şəhər meri dörd illiyə seçilir və bir dəfə yenidən seçilə bilər. Nyu-York ənənəvi olaraq Demokratlar Partiyasının daha çox dəstəkləndiyi Amerika şəhərlərindən hesab edilir.
Bununla yanaşı, son illər şəhərin meri vəzifəsini respublikaçı-siyasətçilər və ya müstəqil namizədlər tutmuşlar. Demokratlar isə 1989-cu ildən öz namizədlərinin seçilməsinə nail ola bilməyiblər.
Meqapolisin illik büdcəsi ABŞ-da ən böyük büdcədir və təxminən 50 milyard dollar təşkil edir. Hazırda mer vəzifəsini tutan Blumberqin məvacibi ildə təxminən 225 min dollar təşkil edir. ("AzərTac")

Tarix
2013.11.05 / 19:12
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla