Yuxarı

Dağıstanda 2 mindən çox bina su altındadır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dağıstanda 2 mindən çox bina su altındadır

Dağıstanda 2000-dən çox yaşayış binası və 180 yol hissəsi su altında qalıb.

Axar.az xəbər verir ki, bu barədə regionun rəhbəri Sergey Məlikov mövcud vəziyyətlə bağlı Rusiya Prezidenti Vladimir Putinə məruzəsində deyib.

"Bütün səviyyələrdə yol hərəkəti və yol xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib və bərpa işləri aparır. Ümumilikdə 2000-dən çox yaşayış binası, 2100-dən çox şəxsi sahə və 180-dən çox yol hissəsi su altında qalıb", - deyə Melikov bildirib.

Qeyd edək ki, Dağıstanda, xüsusilə Mahaçqalada güclü leysan yağışları ciddi fəsadlara yol açıb, 1919-cu ildən bəri ən yüksək yağıntı rekordu qeydə alınıb. Daşqınlar nəticəsində yollar su altında qalıb, avtomobilləri sel aparıb, 60 mindən çox insan işıqsız qalıb. Bölgədə fövqəladə vəziyyət elan edilib, həyat iflic olub. İki gün öncə isə su anbarının bəndinin yarılması vəziyyəti də daha da ağırlaşdırıb.

Tarix
2026.04.07 / 18:34
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla