Yuxarı

İran dəqiqələr ərzində ABŞ hədəflərini necə müəyyən edir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran dəqiqələr ərzində ABŞ hədəflərini necə müəyyən edir?

Qabaqcıl Çin texnologiyalarının istifadəsi səbəbindən Yaxın Şərqdəki Amerika hərbi obyektləri İran raketlərinin hədəfinə çevrilib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ müdafiə kəşfiyyatının informasiyalarına istinadən “ABC Nyus” məlumat yayıb.

Materialda qeyd olunur ki, İran qüvvələri Çin şirkəti “Mizarvision”un peyk görüntülərindən istifadə edir. Süni intellekt sayəsində sistem obyektləri avtomatik tanıyır və işarələyir, bu da ABŞ bazalarını və texnikasını saatlarla deyil, dəqiqələr içində müəyyən etməyə imkan verir.

Rəsmilər xəbərdarlıq edirlər ki, bu imkan hədəfləmə prosesini xeyli qısaldır və ABŞ personalı və aktivləri üçün riskləri artırır. Kommersiya üçün açıq olan məlumatlar demək olar ki, real vaxt rejimində hədəfləmə kəşfiyyatına çevrilir.

Məlumatlara görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) artıq bu məlumatlardan dron və raket zərbələrinin planlaşdırılmasında istifadə edir. “Mizarvision” sistemi şəkillərdə təyyarələri, yanacaq anbarlarını və radarları müstəqil şəkildə aşkar edə bilir.

Nəşrdə bildirilir ki, bu süni intellekt platforması artıq strateji obyektlərin, o cümlədən Hind okeanındakı Dieqo-Qarsiya hərbi-dəniz obyektinin detallı görüntülərini üzə çıxarıb.

“Army Recognition Group” analitiklərinin qiymətləndirməsinə görə, bu inkişaf müharibənin mahiyyətini dəyişir. İran kütləvi “doydurma” hücumlarından daha çox, hava hücumundan müdafiə radarları, logistika mərkəzləri və təyyarələrin texniki xidmət zonaları kimi kritik nöqtələrin dəqiq məhv edilməsinə keçə bilər.

“Pekin bundan daha artıq şey əldə edir: geomaqnit süni intellekt, operativ xəritələşdirmə və ABŞ qüvvələrinə qarşı strateji kəşfiyyat üçün canlı münaqişə laboratoriyası”, - ekspertlər qeyd edirlər.

Onların fikrincə, Yaxın Şərq gələcək Çin yanaşmalarının – “döyüş əməliyyatlarının şəffaflığı” modelinin sınaq meydanına çevrilib və bu yanaşmalar sonradan Sakit okean regionunda tətbiq oluna bilər. ABŞ üçün isə bu, mürəkkəb siyasi problem yaradır, çünki Çin formal olaraq məsafə saxlayaraq, özəl sektor vasitəsilə İrana “rəqəmsal silahlar” təqdim edə bilər.

Tarix
2026.04.08 / 07:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki...

Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır

Bizim regionda geosiyasi vəziyyət dəyişsə...

Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

Prezident: Biz onu bir gündə sıfırlaya bilərik

Bu gün iki mühüm müqavilə imzalanacaq - Prezident

Prezident bərpaolunan enerjidən danışdı: Növbəti 5 ildə...

Ceyhun Bayramov BMT tribunasından bunları dedi

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla