Yuxarı

Məşhur jurnalistin qatili üzə çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur jurnalistin qatili üzə çıxdı

Rusiyalı jurnalist Anna Politkovskayanın öldürülməsinin şahidlərindən biri qatili tanıyıb.

O, qatilin çeçen killer Rüstəm Mahmudov olduğunu deyib.

Şahid Oleq Qoluboviçin sözlərinə görə, o, ehtimal edilən qatili görüb və Nail kimi tanıdığı həmin oğlana silah verildiyini görüb.

Qoluboviç onda qətlin başqa iştirakçısının - Moskva polisinin əməliyyat-istintaq idarəsinin keçmiş başçısı Dmitri Pavlyuçenkovun sürücüsü işləyirmiş. Hazırda Pavlyuçenkov Politkovskayanın qətlində iştiraka görə tutulub və 11 il həbs cəzası alıb.

Hazırda Qoluboviç Belarusdadır və məhkəməyə onun ifadəsinin lent yazısı təqdim edilib. Qoluboviç bildirib ki, əvvəllər ona görə ifadə verməyib ki, ittiham olunanların qisasından qorxub, yalnız ailəsini təhlükəsiz yerə keçirdikdən sonra doğrunu söyləməyə qərar verib.

Xatırladaq ki, "Novaya qazeta"nın şərhçisi Anna Politkovskaya 7 oktyabr 2006-cı il tarixdə yaşadığı binanın liftində tapança ilə öldürülmüşdü ("Anspress").

Tarix
2014.03.05 / 23:21
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla