Yuxarı

Bu, əsl sülhün başlanğıcı ola bilər... - Zelenski

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, əsl sülhün başlanğıcı ola bilər... - Zelenski

Ukrayna atəşkəsə əməl edəcək və Rusiyanın hərəkətlərinə uyğun addım atacaq. Bu gün Rusiya ordusunun atəşkəs şərtlərini pozması ehtimalına qarşı cavab tədbirlərimizin parametrlərini də müəyyən etmişik.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkə hesabında Pasxa bayramına görə bu gün qüvvəyə minməsi gözlənilən müvəqqəti atəşkəs barədə danışarkən deyib.

Zelenski qeyd edib ki, əvvəllər Rusiyaya dəfələrlə müxtəlif atəşkəs formatları təklif ediblər:

"Biz inanırıq ki, Pasxa sülh və təhlükəsizlik dövrü olmalıdır. Pasxada atəşkəs əsl sülh hərəkatının başlanğıcı ola bilər və tərəfimizdən buna uyğun bir təklif var".

Zelenski bildirib ki, bayramdan sonra atəşkəs davam edərsə, Ukrayna ordusunun atacağı qarşılıqlı addımlarla bağlı detalları Rusiya tərəfi ilə bölüşüblər.

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Pasxa atəşkəsi elan edib.

Tarix
2026.04.11 / 21:21
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla