Yuxarı

İran ABŞ-dan bunu tələb etdi – Bəyanat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran ABŞ-dan bunu tələb etdi – Bəyanat

İran Xarici İşlər Nazirliyi ABŞ ordusunun 20 apreldə Oman körfəzində ticarət gəmisi "Toska"ya hücumunu qətiyyətlə pisləyir.

Axar.az xəbər verir ki, bu barədə İran XİN bəyanat yayıb.

“Gəminin heyət üzvlərinin, eləcə də onların ailələrinin qorxudulması ilə müşayiət olunan bu hərəkət dəniz piratçılığı və terror aktıdır. Bu da təkcə BMT-nin Nizamnaməsinin və beynəlxalq hüququn fundamental prinsiplərinə və qaydalarına zidd deyil, həm də 8 aprel 2026-cı il tarixli atəşkəs sazişinin açıq şəkildə pozulmasının daha bir nümunəsidir və İrana qarşı təcavüz aktı hesab olunur.

İran ABŞ-ın bu qanunsuz və cinayətkar hərəkətinin çox təhlükəli nəticələri barədə xəbərdarlıq edir və İran gəmisinin, dənizçilərinin, heyətinin və onların ailələrinin dərhal azad edilməsinin vacibliyini vurğulayır.

Şübhəsiz ki, İran İslam Respublikası İranın milli maraqlarını və təhlükəsizliyini müdafiə etmək, İran xalqının hüquq və ləyaqətini qorumaq üçün bütün imkanlarından istifadə edəcək. Aydındır ki, regiondakı vəziyyətin daha da mürəkkəbləşməsinə görə tam məsuliyyət ABŞ-ın üzərinə düşür”, - bəyanatda qeyd olunub.

Qeyd edək ki, ABŞ qüvvələri 20 apreldə İrana məxsus yük gəmisini dəniz blokadasını pozmağa cəhd etdiyinə görə ələ keçirib.

Tarix
2026.04.21 / 14:45
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla