Yuxarı

Solovyov efirdə Melonini pis sözlərlə söydü - İtaliyadan cavab

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Solovyov efirdə Melonini pis sözlərlə söydü - İtaliyadan cavab

Rusiyalı televiziya aparıcısı Vladimir Solovyov Baş nazir Corciya Meloniyə qarşı təhqir dolu ifadələr işlətdiyi üçün Rusiyanın İtaliyadakı səfiri XİN-ə çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tajani məlumat yayıb.

Tajani Rusiya səfiri Aleksey Paramonova Solovyovun Baş nazir Meloni haqqında Rusiya televiziyasında səsləndirdiyi təhqiramiz ifadələrə rəsmi etirazını bildirib.

Qeyd edək ki, Solovyov Meloni haqda Rusiya televiziyasının efirində italyanca “bəşəriyyət üçün rüsvayçılıq”, "vəhşi heyvan", “tamamilə axmaq” və "iyrənc balaca qadın” sözlərini işlədib. Daha sonra rus dilinə keçərək, "bu Meloni seçicilərinə xəyanət edən faşist zibilidir” deyib və əlavə edib ki, o, hətta Trampa da xəyanət edib.

Solovyovun İtaliya hakimiyyətinə bu cür nüfrətinin səbəbi şəxsi zəmindədir. Belə ki, Solovyov Rusiyanın Ukraynaya hərbi təcavüzünə və qətliamlarına haqq qazandırdığı və bu istiqamətdə təbliğat apardığı üçün İtaliyadakı villaları müsadirə edilib.

Tarix
2026.04.22 / 00:02
Müəllif
Axar.az
Digər xəbərlər

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla