Yuxarı

Rəqəmsal fəlakət baş verə bilər - İrandan xəbərdarlıq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəqəmsal fəlakət baş verə bilər - İrandan xəbərdarlıq

Hörmüz boğazının dibindən keçən yeddi əsas internet kabelinin zədələnməsi bütün Fars körfəzi ölkələrini qlobal şəbəkəyə çıxışdan məhrum edə bilər.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

Bildirilib ki, bölgədəki ərəb ölkələrinin internetə çıxışının 90%-dən çoxunun məhz bu sualtı xətlərdən asılı olması hər hansı qəza zamanı rəqəmsal fəlakətə və milyardlarla dollar ziyana yol aça bilər.

Agentlik 2008-ci ildə Aralıq dənizində iki kabelin qırılması nəticəsində regionun trafikinin 70% azalmasını xatırladaraq, hazırkı risklərin miqyasının Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt, Bəhreyn və Oman üçün birjaların dayanması və maliyyə əməliyyatlarının iflic olması dərəcəsində ciddi olduğunu vurğulayıblar.

Məlumatda həmçinin qeyd olunub ki, İran internet trafikinin 60-70%-ni Türkiyə, Ermənistan və Azərbaycan vasitəsilə keçən quru marşrutları ilə təmin etdiyi üçün bu sahədə daha üstün vəziyyətdədir.

"TeleGeography" və "Submarine Networks" məlumatlarına istinadən bildirilir ki, boğazın dibindən "Falcon", "AAE-1", "Oman-Iran" və "2Africa" kimi ən azı yeddi magistral kabel sistemi keçir ki, bu da Hörmüz boğazını təkcə neft-qaz deyil, həm də mühüm şəbəkə arteriyasına çevirir.

Hazırda İranın daxili internet şəbəkəsinə keçidə hazırlaşdığı da xəbərdə yer alıb.

Tarix
2026.04.26 / 01:34
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla