Yuxarı

ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi

ABŞ ordusu Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) "Hörümçək toru" əməliyyatını yenidən canlandırıb.

Axar.az xəbər verir ki, bu barədə “Defense One” jurnalı məlumat yayıb.

“ABŞ ordusu Floridada "Clear Horizon" (“Təmiz Üfüq”) təlimi zamanı 2025-ci ildə Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən Rusiya strateji aviasiya qüvvələrinə qarşı həyata keçirilən dron hücumunu yenidən qurub.

Pentaqonun Antidron Mərkəzinin rəhbəri briqada generalı Mett Ross qeyd edib ki, bu əməliyyatın təlimi ABŞ-ın dron əleyhinə strategiyasını dəyişdirdi.

Rossun sözlərinə görə, təlim iştirakçılarına Ukrayna hərbçiləri tərəfindən təlimat verilib. Simulyasiya edilmiş hücum zamanı ABŞ operatorları ən kiçikdən ən böyük modelə qədər müxtəlif dronlardan - maneələrə qarşı möhkəmləndirilmiş, radar aşkarlamasından yayınmağa qadir olan və LTE mobil şəbəkələri vasitəsilə idarə olunan - istifadə ediblər. Bu, Koloradodakı operatorlara Floridadakı hədəflərə hücum etməyə imkan verdi. Ross əlavə edib ki, Amerika ordusu üçün ilk dəfədir ki, belə bir şey mümkün olub”, - məlumatda qeyd olunub.

Tarix
2026.04.26 / 15:46
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla