Yuxarı

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Ermənistan Baş naziri Nikol Paşinyanın seçki kampaniyası zamanı gənc bir oğlanla dialoqu diqqət çəkib.

Axar.az xəbər verir ki, Paşinyan Ermənistan vətəndaşının Qarabağ barədə sözlərinə qəzəblənib. Belə ki, gənc oğlan 2018-ci il seçkiləri zamanı Paşinyana səs verdiyini, onun isə Qarabağı Azərbaycana “verdiyini” iddia edib.

Gəncin sözlərinə Paşinyan cavabında qeyd edib: “Sən azadsan. Kimə istəsən, səs verə bilərsən. O qədər azadsan ki, gəlib bunu Baş nazirin üzünə deyirsən. Əvvəlki vaxt olsaydı, səni tualetdə ölü tapardılar”.

Paşinyan Ermənistanın özünü xilas etdiyini, Qarabağın ölkə üçün tələ olduğunu, əvvəlki rəhbərlərin ölkəni talamaq üçün müharibədən sui-istifadə etdiyini vurğulayıb.

Həmçinin o, İkinci Qarabağ müharibəsi başlayarkən cəmi 2 ildir hakimiyyətdə olduğunu xatırladaraq, hazırda Ermənistan ordusunun gücləndiyini bildirib, bunun sübutu kimi isə gənci 28 mayda keçiriləcək parada dəvət edib.

Paşinyan "tualetdə ölü tapılardın" sözünü təsadüfən deməyib. Bu, xatırlatmadır. Belə ki, 2001-ci ildə Ermənistanın o vaxtkı prezidenti Robert Köçəryan İrəvanda “Poplavok” kafesinə gedir. Orada sinif yoldaşı Poqos Poqosyan ona “Salam, Rob” deyə müraciət edir. Köçəryana qeyri-rəsmi müraciətə cəsarət etdiyi üçün prezidentin mühafizəçiləri onu tualetə aparıb döyüb öldürürlər.

Cinayəti törədən şəxs isə cəmi bir il şərti cəza alır.

Həmin dialoqun videosunu təqdim edirik:

Tarix
2026.05.13 / 20:44
Müəllif
Axar.az
Digər xəbərlər

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla