Yuxarı

Avropa dərman qıtlığı ilə üzləşə bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa dərman qıtlığı ilə üzləşə bilər

Avropa ölkələri İran ətrafında gərginliyin artması və Hörmüz boğazının blokadası səbəbindən dərman qıtlığı ilə üzləşə bilər.

Axar.az "La Tribune" qəzetinə istinadən xəbər verir ki, bu, əczaçılıq sənayesində tədarük zəncirlərinin pozulması ilə əlaqədardır. Belə ki, Avropa bu sahədə 80 faiz Çin və Hindistandan asılıdır, həmin ölkələrdə də neft və qaz qiymətlərinin artması səbəbindən sənayedə sabitlik pozulub.

Yaxın Şərqdə və Asiyada aviasiya marşrutlarının ləngiməsi də vəziyyətə mənfi təsir göstərir.

"Başqa çatdırılma imkanları da mövcuddur, lakin onların dəyəri daha yüksəkdir, bir sıra maddələrin tədarük zəncirləri isə o qədər mürəkkəbdir ki, bu, tədricən qıtlığa səbəb ola bilər", - deyə "CEPII" iqtisadi tədqiqatlar mərkəzinin nümayəndəsi Dəniz Ünal qeyd edib.

Bundan əlavə, nəşr bildirib ki, aralarında etilen, karbamid və parafinin də olduğu bir çox komponentlər birbaşa Fars körfəzi ölkələrindən daxil olur.

"Coface" sığorta şirkətinin məlumatına görə, ilk növbədə, parasetamol və bir sıra antibiotiklər təhlükə altındadır.

Tarix
2026.05.16 / 00:21
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla