Yuxarı

Yermakın həbsi mesajdır: Zelenski "əvəzlənir"?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yermakın həbsi mesajdır: Zelenski "əvəzlənir"?

Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermak girov qarşılığında istintaq təcridxanasından çıxa bilmir. Çünki onun inzibati resursları tükənib, biznes tərəfdaşları isə öz azadlıqlarını və rifahlarını riskə atmağa hazır deyillər.

Axar.az xəbər verir ki, bu fikri rusiyalı politoloq Aleksandr Dudçak bildirib.

“Yermakın yaxın vaxtlara qədər sahib olduğu inzibati resurs bu dəfə işləməyə də bilər. Əgər Ukraynada nüfuzlu qüvvələr tərəfindən belə bir tapşırıq verilibsə, bu artıq Zelenski və onun arxasında duran qüvvələr üçün qarşısıalınmaz bir proses ola bilər. Hətta mümkündür ki, Zelenskinin əvəzlənməsi ilə bağlı konsensus əldə olunub. Onu kimin əvəz edəcəyi isə ayrıca sual doğurur. Burada Vaşinqton və Brüsselin fərqli baxışları mövcuddur. Amma tam mümkündür ki, Zelenskinin dəyişdirilməsi Ukraynada hadisələrin inkişaf ssenarilərindən biri kimi nəzərdən keçirilir. Belə olan halda, əlbəttə, Yermaka həsəd aparmaq olmaz”, – deyə o bildirib.

Qeyd edək ki, Andrey Yermak Kiyev yaxınlığında elit tikinti layihəsi və həmin layihə üzərindən təxminən yarım milyard qrivnanın (10,5 milyon dollar) leqallaşdırılmasında ittiham olunaraq saxlanılıb.

Məhkəmə Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermaka qarşı həbs qətimkan tədbiri seçib.

Tarix
2026.05.16 / 09:18
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla