Yuxarı

NATO-nun gələcəyi Ankarada bəlli olacaq... - Ərdoğan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
NATO-nun gələcəyi Ankarada bəlli olacaq... - Ərdoğan

Ankarada NATO-nun gələcəyi ilə bağlı mühüm qərarların qəbul ediləcəyini gözləyirik.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO Liderlər Zirvəsi alyansın tarixində mühüm əhəmiyyət kəsb edir:

“Bölgəmizdə və dünyada baş verən son hadisələr Ankara zirvəsinin əhəmiyyətini daha da artırıb. Ankarada alyansın gələcəyi ilə bağlı mühüm qərarların qəbul ediləcəyini gözləyirik. Bugünkü dünya NATO-nun qurulduğu köhnə dünyanın davamı deyil. Yeni bir dünya qurulub və NATO-nun bu yeni dünyada mövqeyi çox fərqlidir. Təhdidlər daha mürəkkəbləşib, risklər şaxələnib, qlobal sistem aşınıb. Bir sözlə, dünya kəskin şəkildə dəyişib. Ədalətli yük bölgüsü, səmimi əməkdaşlıq və NATO daxilində təhlükəsizliklə bağlı ortaq bir anlayış alyansın gələcəyi üçün çox vacibdir. Türkiyə olaraq, təhdidlərə qarşı daha qətiyyətli və daha yaxşı hazırlanmış bir NATO üçün öz töhfəmizi verməyə hazırıq".

Tarix
2026.05.16 / 16:58
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla