Yaşından, kültür və təhsil səviyyəsindən, həyat tərzinin
etnik və ya dini mənşəyindən, iqtisadi və sosial durumundan asılı
olmayaraq hər bir qadın zor obyekti ola bilər.
Zorun "tipik" qurbanı yoxdur. Qadının zor qurbanı olma təhlükəsi
ən çox ər-arvad münasibətləri sahəsində baş verir. Qadınlar çox
vaxt naməlum kişi tərəfindən zor törətmə hərəkətlərindən qorxsalar
da, araşdırmalar göstərir ki, qadın döyülməsi, zorlanması və ya
başqa güc tətbiqi əslində əksər hallarda qadının öz evində baş
verir. Zor işlətmə nəticəsində qadınlar ən çox ziyanı məhz yaxın
münasibətdə olduğu şəxs tərəfindən görür.
Yaxın münasibətlər zəminində baş verən zor qadın və onun
uşaqlarının sağlamlığına və həyat keyfiyyətinə pis təsir göstərən
ciddi ictimai problemdir.
Finlandiyada aparılan "İnam, ümid, aldanma" başlıqlı araşdırma
əsasında məlüm olub ki, ər-arvad və digər yaxın münasibətlər
sahəsində qadına qarşı zor çox geniş yayılmış bir haldır. Zor
hərəkətlərin əksəriyyəti — tərəf müqabilinə, qadına əl qaldırma,
onu döymədir. Araşdırmalar göstərir ki, zor problemi qadının şəxsi
keyfiyyətləri ilə yox, erkəyin qadın üzərində hakimiyət və kontrol
etmə istəkləri ilə bağlıdır.
Ər-arvad münasibətində nəzarət növləri
İqtisadi zor
Qadının işə və ya kursa getməsinə əngəl törətmə.
Təsərrüfat ehtiyacları üçün qadının ərindən pul istəməsi.
Maddi asılılıq yaratma.
Psixi zor
Qadının vicdan əzabı çəkməsinə nail olma.
Təhqir və aşağılamalar.
Qadına onun psixikasının qeyri-sabitliyini təlqin etmə.
Erkək tərəfindən psixoloji oyun oynanılaraq isti münasibətləri
vaxtaşırı zora dəyişmə.
Zorun törədilmə səbəblərini qadın üstünə atma halları.
Qorxutma
Qadını daima qorxu içində saxlamaq üçün jest, mimika, qışqırıq,
eləcə də şəxsi əşyaların məhv edilməsi vasitəsi ilə narazılıq
bildirmə.
Azadlığın məhdudlaşdırılması
Qadının həyatına nəzarət etmə: kim ilə görüşür, söhbət edir,
hara və nə vaxt gedir.
Hakimiyət münasibətlərinin istifadəsi
Qadınla qulluqçu kimi davranma.
Bütün "önəmli" məsələlərin həllini öz üzərinə götürmə.
Evdə özünü ağa kimi aparma.
Seksual zor
Qadın iradəsi, istəyi nəzərə alınmadan seksual hərəkətlərə
məcbur edilmə.
Qadın bədəninin intim hissələrinin fiziki zora məruz
qalması.
Kişinin qadına seksual obyekt kimi yanaşması.
Hədə-qorxular
Qadını psixi travma ilə hədələmə.
Uşaqlarından ayırmaqla hədələmə.
Qadının əri ilə münasibətlərini kəsmək cəhdlərinə qarşı kişinin
intihar edəcəyi ilə hədələməsi.
Qadının pis ana olması haqda rəsmi idarələrə xəbər verəcəyi ilə
hədələmə.
Uşaqları zor aləti qismində istifadə etmə
Qadında günahkar olma hisslərini oyatmaq üçün uşaqları istifadə
etmə.
Uşaqları vasitəçi kimi istifadə etmə.
Uşaqlarla görüş hüququnu zor hədələri üçün istifadə etmə.
Statistik məlumat:
15 yaşına çatmış fin qadınlarının 40%-i kişi tərəfindən fiziki,
seksual zor və ya zor işlətmə hədəsinin qurbanı olur.
15 yaşından sonra 52% qadın zorla seksual ilişki obyektinə
çevrilir.
15 yaşa qədər 28% qadın seksual xarakterli zor, hədə və məcbur
edilmə hallarıyla rastlaşır.
50% qadın keçmiş sevgilisi və ya əri tərəfindən zor və ya zor
hədəsindən əziyyət çəkir.
Müştərək yaşayış zamanı zor işlədən kişilərdən 36% boşanmadan
sonra da zor tətbiqinə davam edir.
Fiziki və seksual zor obyekti olan Finlandiya qadınlarının 22%
rəsmən nikahda olan qadınların payına düşür.
İl ərzində 112 000 fin qadını əri tərəfindən müxtəlif zora məruz
qalır. Onlardan 90 000 döyülür.
Finlandiyada orta hesabla 18 yaşdan 74 yaşadək 306 qadın hər gün
öz ailəsində fiziki və seksual zorun və ya zor hədəsinin qurbanı
olur.
Onlardan 246 nəfər gündəlik döyülmələrdən əziyyət çəkir.
Finlandiyada hər 6 dəqiqədə bir qadın əri və ya birgə yaşadığı
kişi tərəfindən döyülür.
Finlandiyada həftəaşırı 1 qadın yaxın münasibətdə olduğu adam
tərəfindən zor işlətmə nəticəsində ölür.
Avropada qadın haqları
- Sevmək və sevilmək hüququ.
- Sayğılı münasibət hüququ.
- Özəlliklərə sahib olma hüququ.
- Şəxsi müstəqillik hüququ.
- Şəxsi fikirə sahib olma və onu ifadə etmə hüququ.
- Şəxsi fikirə sahib olma və onu dəyişdirmə hüququ.
- Şəxsi pula malik olma və onu istifadə etmə hüququ.
- İdeal insan yox, adi adam olmaq hüququ.
- Şəxsi məsələləri həll etmək hüququ.
- Hamıya xoş gəlməmək hüququ.
- Hər şeydən öndə özünü düşünmək hüququ.
- Öz həyatını dəyişdirmək hüququ.