Yuxarı

Paşinyan onu dövlətə xəyanətdə ittiham etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan onu dövlətə xəyanətdə ittiham etdi

Ermənistan Baş naziri Nikol Paşinyan Böyük Qarakilsədə (Vanadzor) keçirilən təşviqat kampaniyası zamanı Çiçəklənən Ermənistan Partiyasından (ÇEP) parlament deputatlığına namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib.

Axar.az xəbər verir ki, Paşinyan Tevanyana qarşı cinayət işinin başlanacağını bildirib.

“Bilirsiniz ki, ÇEP siyahısında Andranik Tevanyan adlı 2 nömrəli namizəd var. Sabah Milli Təhlükəsizlik Xidməti müəyyən olunmuş qaydada İstintaq Komitəsinə cinayət barədə məlumat göndərəcək. Tevanyana qarşı dövlətə xəyanət maddəsi ilə cinayət işinin başlanmasını gözləyirik”, - baş nazir vurğulayıb.

Paşinyan həmçinin Ermənistanda fəaliyyət göstərən casus şəbəkəsinin mövcud olduğunu iddia edib və hakimiyyətin onunla mübarizə aparacağını bildirib.

Tarix
2026.05.20 / 23:03
Müəllif
Axar.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla