Yuxarı

Şəkinin bu hissəsində yaşayanlar qeydiyyata alınır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəkinin bu hissəsində yaşayanlar qeydiyyata alınır

Şəkinin tarixi hissəsində əhalinin qeydiyyatı aparılır.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu Şəkinin Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin direktoru Gülnarə Əliyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Şəhərlərdə Rəqəmsal Transformasiya" adlı tədbirdə deyib.

"Şəki şəhərinin tarixi hissəsində yaşayan əhalinin sosial-iqtisadi və demoqrafik göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə qapı-qapı sorğu əsasında qeydiyyat işlərinə başlanılıb. Proses cari ilin aprel ayından etibarən "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində həyata keçirilir. Qeydiyyat işləri qoruq ərazisində yaşayan sakinlərin real ehtiyaclarının və sosial mühitinin daha yaxşı öyrənilməsinə imkan yaradacaq", - deyə o qeyd edib.

Bundan başqa, direktor deyib ki, Şəkidə "İcma Mərkəzi" yaradılması planlaşdırılır:

"Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində "İcma Mərkəzi"nin yaradılması nəzərdə tutulur. Qoruğun idarə edilməsində lokal icmanın rolu olduqca böyükdür. Yaradılacaq mərkəz yerli sakinlərin qoruq idarəçiliyinə daha fəal cəlb olunmasına xidmət edəcək. Bu mərkəz sakinlərin təklif və rəylərinin dinlənilməsi, həmçinin mədəni və sosial layihələrdə birgə iştirakın təmin olunması üçün mühüm platforma olacaq. İcma ilə sıx əməkdaşlıq qoruğun davamlı inkişafının əsas istiqamətlərindən biri hesab edilir".

Tarix
2026.05.22 / 13:07
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla