Yuxarı

Anqolada torpaq sürüşməsi: 28 nəfər öldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anqolada torpaq sürüşməsi: 28 nəfər öldü

Anqolanın şimal-qərbində qanunsuz qızıl hasilatı aparılan mədəndə torpaq sürüşməsi nəticəsində 28 nəfər həlak olub.

Axar.az xəbər verir ki, bu barədə Anqola İnformasiya Agentliyi məlumat yayıb.

Məlumata görə, dörd nəfəri xilas etmək mümkün olub. Benqo polisinin rəsmi nümayəndəsi bildirib ki, ölənlərin hamısı 18-40 yaş aralığında olan kişilərdir.

Şahidlərin sözlərinə görə, insanların ölümünə təpədən qəfil qopan iri torpaq qatının mədəni örtməsi və dərinlikdə olan şəxslərin orada qalması səbəb olub.

Xilasetmə briqadaları mədəndə təcili işləri davam etdirirlər. Hazırda rəsmi olaraq iki nəfərin itkin düşdüyü bildirilsə də, yerli sakinlər yerin altında daha 70 nəfərə qədər insanın qala biləcəyini iddia edirlər.

Torpaq sürüşməsinə səbəb kimi Anqolanın bu hissəsində artıq üçüncü gündür davam edən güclü yağışlar göstərilir.

Tarix
2026.05.24 / 23:24
Müəllif
Axar.az
Digər xəbərlər

Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan

Ağ Ev Ərdoğan adından paylaşdı - Ankara sildirdi

Azərbaycan Pakistana başsağlığı verdi

İran səfiri konsulumuza görə başsağlığı verdi

Azərbaycan dəmir yolu Ermənistana açıqdır – Paşinyan

Bu kəndlərin Azərbaycana qaytarılmasından 2 il ötür

Naxçıvan hava limanı niyə riskli sayılır? – Səbəb

AZAL rəhbəri aviabiletlərin qiymətindən danışdı

Rusiya AZAL-a görə kompensasiyanı nə vaxt verəcək?

Bayrağımızı yerdən qaldıran məktəbli mükafatlandırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla