Yuxarı

Serb muzdlu qatilləri Krıma göndərildi - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Serb muzdlu qatilləri Krıma göndərildi - Foto

Serbiyanın muzdlu döyüşçüləri Krıma göndərilib.

"Axar.az" xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyət" qəzetinin xüsusi müxbiri Müəmmar Elveren məlumat yayıb.

Elveren həmin əsgərlərə Krım ərazisində rast gəldiyini deyib: "Yalta şəhərinə gedərkən şəhər mərkəzindən 15 kilometr aralıda qurulan rus bayraqları asılmış postda gördüklərimə inana bilmədim. Bosniya müharibəsindən "Hürriyət" üçün reportaj yazdığım vaxt serblərin soyqırım törətdiyi günlərdə gördüyüm skelet şəkli vurulmuş bayraq postdakı bir qrup əsgərin arxasında dalğalanırdı. Avtomobildən düşüb əlimdəki fotoaparatı göstərərək, "Çəkə bilərəm" soruşdum. Aralarındakı bir nəfər başı ilə "Bəli" işarəsi verdi". Bir neçə dəfə foto çəkdikdən sonra mənə onlarla birlikdə şəkil çəkdirməyi təklif etdilər".

M.Elveren onların serb dilində danışdıqlarını bildirib: "Fransız dilində onlardan haradan gəldiklərini soruşanda, saqqallı bir nəfər "Yuqoslaviya... Yuqoslaviya.. Serbiya... Serbiya" cavabını verdi. Axşam Simferopolda qaldığım otelə qayıdanda Krım televiziyasında rus əsgərlərinə Serbiyadan yardım üçün Serb muzdlularının Krıma gəldiyi xəbərini eşidəndə mənimlə şəkil çəkdirən əsgərlərin bura niyə gəldiklərini başa düşdüm".

Tarix
2014.03.07 / 12:38
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

İlham Əliyev Türkiyəyə səfər edəcək

Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla