Yuxarı

Polis məmuru oğlunu güllələdi, başında gözlədi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polis məmuru oğlunu güllələdi, başında gözlədi - Video

Türkiyənin Adana şəhərində təqaüdçü polis məmuru Faruk Kayhan mübahisə zamanı oğlu Əhməd Kaan Kayhanı silahla vuraraq öldürüb.

Axar.az xəbər verir ki, daha sonra oğlunun cəsədinin yanında gözləyən Faruk Kayhan polisə zəng edərək təslim olub.

Hadisə səhər saat 11:30 radələrində Sarıçam rayonu, Gültəpə məhəlləsindəki Elif Su Uludağ küçəsində baş verib.

Təqaüdçü polis məmuru, 52 yaşlı Faruk Kayhan narkotik asılısı olduğu iddia edilən oğlu, 23 yaşlı Əhməd Kaan Kayhana pul verməkdən imtina etdikdə mübahisə yaranıb. Əhməd Kaan Kayhan atasına bıçaqla hücum edib. Faruk Kayhan daha sonra silahını çıxararaq oğlunun bədəninin müxtəlif yerlərinə atəş açıb. Əhməd Kaan Kayhan qan içində yerə yıxılıb, atası isə mobil telefonla polisə zəng edib və oğlunun cəsədinin yanında gözləyib.

Bu anlar ətrafdakılar tərəfindən mobil telefon vasitəsilə lentə alınıb.

Tarix
2026.06.05 / 01:40
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla