Yuxarı

Putin bu türk liderdən danışdı: Asan tərəfdaş deyil!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin bu türk liderdən danışdı: Asan tərəfdaş deyil!

Qazaxıstanlı həmkarlarımız o qədər də asan tərəfdaş deyillər.

Axar.az xəbər verir ki, bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiya Prezidenti Vladimir Putin deyib.

Putin bildirib ki, dövlətlər arasında münasibətlər uğurla inkişaf edir, lakin bu, əsas iqtisadi və investisiya məsələləri üzrə qızğın mübahisələri istisna etmir:

“Dərhal qeyd etmək istərdim ki, qazaxıstanlı dostlarımız və tərəfdaşlarımız o qədər də asan tərəfdaş deyillər. Demək olar ki, hər məsələ ilə bağlı həmişə çox qızğın müzakirələrimiz olur. Bu, maliyyə münasibətlərinə, sənaye münasibətlərinə, investisiya şərtlərinə və bəzi böyük layihələrə aiddir. Eyni zamanda, hər iki tərəf ortaq strateji məqsədə, vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına nail olmaq üçün həmişə kompromislər tapmağa hazır olduğunu nümayiş etdirir. Qazaxıstan çox zəngin ehtiyatlara malik bir ölkədir, bu ehtiyatlara bütün dünyada təcili ehtiyac duyulur və tələbat var. Mən nüvə elektrik stansiyaları üçün yanacağı nəzərdə tuturam. Biz bu sahədə uğurla əməkdaşlıq edirik. Əminəm ki, Qazaxıstan öz resurs bazasına güvənməklə və birgə potensialı inkişaf etdirməklə böyük uğurlar qazanacaq və enerji sektorundakı bir çox problemləri həll edəcək”.

Tarix
2026.06.05 / 13:51
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla